7 Avqust 2018 10:27
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasında qarşılıqlı sanksiyaları dayandırmaq və diplomatik böhranı həll etmək barədə razılaşma əldə edilib.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə CNN TV çıxış edib.

Yaxın günlərdə bu məqsədlə Türkiyədən olan nümayəndə heyəti Vaşinqtona səfər edəcək.

CNN-nin məlumatına görə, ABŞ Dövlət Xəzinəsinin iki türk nazirə sanksiya qərarından sonra tərəflər arasında diplomatik təmaslar davam edərkən, gərginlik yaradan məsələləri həll ertmək barədə anlaşma əldə edilib.

Mənbə bu qərardan sonra türk lirəsinin dollar qarşısında qismən öz dəyərini bərpa etdiyini bildirib. Təmasların sıxlaşdırılması və davam etdirilməsi məqsədilə rəsmi Ankara Vaşinqtona nümayəndə heyəti göndərməyi planlaşdırır.

CNN görüşün təşəbbüskarının ABŞ Prezidenti Donald Tramp olduğu, bu barədə türk həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon görüşündə razılaşdığını diqqətə çatdırıb.

Qeyd edək ki, ABŞ Türkiyənin Daxili işlər naziri Süleyman Soylu və Ədliyyə naziri Əbdülhəmid Gülə sanksiya tətbiq edib. Qərara əsasən, hər iki nazirin ABŞ-a girişi qadağan olunmaqla yanaşı, onların bu ölkədəki bank hesabları da dondurulub.

Rəsmi Ankara Vaşinqtona cavab olaraq, ABŞ-a İzmir və İncirlik hərbi bazalarından istifadənin qadağan edildiyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər