Pakistanda 25 iyul seçkilərinin nəticələrini açıqlayan Mərkəzi Seçki Komissiyası (MSK) Ədalət Hərəkatı Partiyasının lideri Əhməd Xanın qələbə çaldığı 5 bölgədən 2-nin nəticələri haqqında gözləmək qərarını verib.
Teleqraf.com xəbər verir ki, MSK 262 seçki dairəsindən parlamentə gedəcək namizədlərin adını açıqlayıb. Lakin 2-si Əhməd Xanın qazandığı dairə daxil olmaqla 16 dairədə nəticələri müxtəlif səbəblərdən açıqlamamış saxlayıb.
İslamabad və Lahor da iki dairənin nəticələrinin açıqlanmamasına səbəb kimi Əhməd Xanın seçki günü kameralar önündə səs verməsi göstərilib.
Partiyasının namizəd irəli sürdüyü 5 bölgədə seçkiləri qazanan Əhməd Xanın qələbə çaldığı digər 3 bölgədə nəticələr səsvermə prosesində qanun pozuntular səbəbindən dəyişdirilib.
Əhməd Xan seçki günü İslamabadda məntəqəyə jurnalistlərin müşayiəti ilə gəlib və gizli səsverməli olduğu halda səsini kameralar qarşısında verib.
Qeyd edək ki, nəticələrin açıqlanmadığı bölgələrdə 16 yerin 4-nü Ədalət Hərəkatı Partiyası qazanıb. İki dairədə namizədlərin ölümü səbəbindən seçkilər dayandırılıb. 4 deputatın parlamentə girməyəcəyi təqdirdə 116 deputatı olan Ədalət Hərəkatı Partiyası 110 deputata malik olacaq.
Bu səbəbdən də Əhməd Xanın baş nazir seçilməsi bir qədər çətinləşəcək.