13 Avqust 2018 13:19
2 804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabr ayında Rusiyanın Sverdlovsk vilayətində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Hərbi Hava Qüvvələrinin ilk komandanlıq təlimləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

“Hava körpüsü” adlanan təlimlərdə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbçilər qatılacaq.

Təlimlərdə təşkilat və hava trafikinin idarə edilməsi sistemi inkişaf etdiriləcək. Təlimlərin əsas aerodromu Yekaterinburqda Koltsovo olacaq.

Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərə cavab olaraq, KTMT-nin genişmiqyaslı təlimlərə başlayacağını açıqlamışdı.

KTMT-nin quru və hava qoşunlarının iştirakı ilə təşkil ediləcək təlimləri noyabrda Tacikistanda – Əfqanıstanla sərhəd bölgələrində baş tutacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər