16 Avqust 2018 10:55
2 739
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri (TSK) və Milli İstihbarat Təşkilatının (MİT) həyata keçirdiyi birgə əməliyyat nəticəsində PKK-nın rəhbər heyətində təmsil olunan İsmayıl Özdək məhv edilib.

Teleqraf.com xəbər verir ki, “Mam Zəki Şenqali” kod adlı İsmayıl Özdək PKK-nın Şimali İraqın Sincar bölgəsi üzrə rəhbəri təyin edilibmiş.

O, qırmızı xətt üzrə axtarışda olan və hava əməliyyatı nəticəsində məhv edilən yeganə şəxsdir.

TSK və MİT-in birgə keçirdiyi əməliyyata “Şəhid Bədirxan” adı verilib.

Qeyd edək ki, avqustun 2-də Hakkari də PKK-nın hücumu zamanı Nurcan Karakaya və 11 aylıq körpəsi Mustafa Bədirxan Karakaya öldürülüb.

Məlumata görə, türk kəşfiyyatı 1952-ci ildə doğulan və PKK-nın ali rəhbərliyində təmsil olunan İsmayıl Özdəkin 2 həftə əvvəl Sincar rəhbərliyinə təyin olunduğu, terrorçunun Qəndildən bölgəyə gələrək iş başına keçdiyi haqda informasiya əldə edib.

Terrorçunu yaxından izləyən kəşfiyyat onun olduğu yeri incə detallarına qədər təsbit edib. İsmayıl Özdək və bir qrup terrorçu olduğu yer lazer vasitəsilə nəzarətdə saxlanılıb v ə dron hücumu ilə məhv edilib.

Əməliyyat zamanı ümumilikdə 11 terrorçunun öldürüldüyü müəyyən edilib.

Türk kəşfiyyatının bu əməliyyatının 15 avqustda keçirilməsi də diqqətdən yayınmayıb.

Xatırladaq ki, 15 avqust 1984-cü ildə PKK Eruh və Şəmdinliyə xain hücum həyata keçirmişdi.


Müəllif: Cavad

Oxşar xəbərlər