Moskva öz xarici siyasət kursunu dəyişmədiyi müddətdə, Amerika hökuməti Rusiya barəsində birtərəfli sanksiyalar rejimini ardıcıllıqla kəskinləşdirmək niyyətindədir.
Bu haqda ABŞ Senatının xarici işlərüzrə komitəsində keçirilən dinləmələrdə çıxış edən dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Uess Mitçell bildirib.
“Rusiyanın təcavüzü ilə əlaqədar görünməmiş cəza ölçüləri tətbiq edərək, biz çatdırırıq ki, Rusiya prezidenti Vladimir Putin etibara səbəb olan konstruktiv addımlar atmağa qərar verərsə, dialoq üçün qapı açıqdır. Biz iki ölkənin gücləri arasında toqquşmalardan qaçmaq üçün Suriyada deskalasiya kanallarını yaratdıq. Rusiyanın Minsk razılaşmaları çərçivəsində öz öhdəliklərini yerinə yetirə bilməsi üçün Ukraynada Kurt Volkerlə səylərə təşəbbüs edirik”, - o deyib.
Onun sözlərinə görə, bütün bu məsələlərdə növbəti addımı ABŞ deyil, Rusiya atmalıdır.