Sistan və Bəlucistan əyalətlərində qum fırtınası 171 nəfərin xəstəxanaya düşməsinə və onlarla təyyarə reysinin təxirə salınmasına səbəb olub.
Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat verib.
Bildirilir ki, avqustun 20-dən bəri xəstəxanalara ümumilikdə 810 nəfər müraciət edib, onlardan 639-na ambulator müalicə təyin edilib.
Qızıl Xaç Cəmiyyətinin əməkdaşları fövqəladə vəziyyət rayonunda sakinlərə su butılkaları paylayırlar. Bildirilir ki, qum fırtınası avqustun 29-dək davam edəcək.