28 Avqust 2018 13:41
1 360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Aralıq dənizinin Suriya sahillərinə ən güclü döyüş gəmilərini yerləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyada nəşr olunan “İzvestiya” qəzeti yazıb.

Nəşr Rusiya Müdafiə Nazirliyinin (MN) bölgəyə əlavə qüvvə göndərərək, hərbi birliklərin döyüş potensialını yüksəltməyi planlaşdırdığını bildirib.

Qəzet yazır ki, Rusiya MN-nın Suriya ilə bağlı yaratdığı yeni qrupa Qara, Şimal və Xəzər dənizlərindəki hərbi donanmalarının qüvvələri daxil edilib.

Qrupda 10 döyüş gəmisi var.

Suriya parlamentinin sözçüsü Naci Qabid “İzvestiya”ya müsahibəsində Rusiyanın döyüş gəmilərinin ölkəsinə Suriya hökumətinin icazəsi ilə daxil olduğunu bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər