Əfqanıstanın cənub-şərqində yerləşən Zabul əyalətinə endirilən aviazərbələr nəticəsində “Taliban” hərəkatının iki yüksək rütbəli komandiri məhv edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Sinxua” agentliyinə əyalətin polis idarəsinin rəisi Məhəmməd Mustafa Mayar bildirib.
Onun sözlərinə görə, ABŞ-ın başçılıq etdiyi koalisiya Kalat şəhəri yaxınlığında taliblərin sığınacağına zərbə endirib.
Hava hücumu Mullah Əsəd və Mullah Sanqari adlı komandirlərin məhvi, bir neçə nəfərin xəsarət alması ilə nəticələnib.