Rus aviasiyasının dəhşətli bombardmanı və Bəşər Əsədin artilleriya hücumundan sonra İdlibdə böyük dağıntılar meydana gəlib.
Teleqraf.com xəbər verir ki, İdlib mülkü müdafiə qrupunun üzvü Əbu Həsən deyib ki, rus qırıcılarının hücumlarından sonra Cesir Əş-Şuğur rayonunda çoxsaylı ölən və yaralananlar var.
Çoxlu dağıntılar baş verib.
Qeyd edək ki, dünyanın çağırışlarına məhəl qoymayan Rusiya aviasiyası İdlibi havadan vurur. Dünən axşam rus qırıcılar müxalifətin nəzarətində olan İdlibə zərbələr endirib. Bunun ardınca Bəşər Əsəd şəhəri top atəşinə tutub.
Hücum nəticəsində 5 körpə, 3 qadın daxil olmaqla 15 mülki insan həlak olub, 26 nəfər yaralanıb.