14 Sentyabr 2018 10:32
1 275
12 Punto 14 Punto 16 Punto 18 Punto

27 yaşlı əfqan qadın Safiya Vazir ABŞ-ın Nyu Hempşir əyalətinin təmsilçisi ola bilər.

Teleqraf.com ABŞ mətbuatına istinadən xəbər verir ki, Demokratlar partiyasının daxili seçkilərində qalib gələn Safiya Vazir əyalət seçkisində iştirak haqqı qazanıb.

Hamilə olan Safiya Vazir noyabr ayında seçkilərdə respublikaçıların namizədi Denis Sausi ilə mübarizə aparacaq.

Vazir qalib gələcəyi təqdirdə təhsil və səhiyyə məsələlərinə xüsusi diqqət yetirəcəyini vurğulayıb.

Əyalətin hazırki təmsilçisi Dik Paten Vazirin uğur qazanacağına şübhə ilə yanaşsa da ilkin seçkilər bunun əksini göstərir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər