İsveçrənin Reynau kəndində əhaliyə aylıq 2,570 dollar məvacib ödəyəcək.
Teleqraf.com Mignyus-a istinadla xəbər verir ki, hökumət bununla sakinlərin aylıq maaş alsalar belə işləməyə davam edib-etməyəcəyini yoxlamaq məqsədi güdür.
Layihə rəhbəri Rebekka Panian bildirib ki, İsveçrədə kənd əhalisinin ortalama yaşam xərcini də müəyyən etmək lazımdır.
Ekspertlər 2,570 dolların İsveçrədə aylıq ehtiyacları ödəmədiyini bildirirək minmal əməkhaqqının 3,500 frankdan az olmamasını istəyiblər.
Belə bir təcrübə 1 il əvvəl Finlandiyada keçirilib və əhaliyə aylıq 560 avro məvacib ödənilib.