İranda adam oğurluğunda, cinsi təcavüzdə və qətldə günahlandırılaraq məhkum edilmiş daha 1 nəfər ictimaiyyət qarşısında edam edilib.
Teleqraf.com xəbər verir ki, adı mediaya açıqlanmayan müttəhim Fars əyalətinin Mərvdəşt şəhərində dara çəkilib.
O, 13 yaşlı bir yeniyetməni oğurlamaqda və onu şəhərin ətrafındakı xəlvət bir yerə aparıb zorladıqdan sonra qətlə yetirməkdə günahlandırılıb.
Qeyd edək ki, İran İslam Respublikası əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada birinci yeri tutur.