17 Sentyabr 2018 09:40
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın qida, tekstil və metal istehsal edən “Cargill” şirkəti 138 müsəlman işçisinə təzminat ödəyəcək.

Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, ABŞ Federal hökumətinin qərarı ilə şirkət 1,5 milyard dollarından keçməli olacaq.

Buna səbəb 2016-cı ildə şirkətin müsəlman əməkdaşları iş vaxtı namaz qıldıqlarına görə işdən çıxarmasıdır.

ABŞ konstitusiyasında insanların “dini azadlıq” hüquqlarını prioritet götürülərək Federal məhkəmə bu qərarı verib.

Həmçinin şirkətdə bu andan etibarən namaz fasilələri vaxtı müəyyən edilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər