Qondarma Donetsk Xalq Respublikasının rəhbəri Aleksandr Zaxarçenkonun qatili tutulub.
Teleqraf.com Rusiya mətbuatına istinadla xəbər verir ki, Aleksandr Poqorelov adlı şəxs sui-qəsdi törətdiyini etiraf edib.
“Legioner” ləqəbli Aleksandr Poqorelov “Separ” restoranında terror aktını törətdiyini də danmayıb:
“Mənə onu aradan götürmək əmr edilmişdi. Bunun üçün də restoranı seçdim. Öncə harada oturacağını bilmirdim. Ona görə də partlayıcını ayaqyolunda yerləşdirməyi qərara aldım”.
Faktla bağlı araşdırmalar davam edir.