21 Sentyabr 2018 21:45
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Türkiyə və İran xarici işlər nazirləri gələn həftə Nyu-Yorkda görüşəcəklər.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Onun sözlərinə görə, BMT Baş Assambleyası çərçivəsində keçiriləcək üçtərəfli görüşdə Suriya məsələsi müzakirə olunacaq.

“Suriyada atəşkəsi tam şəkildə təmin etmək və diqqəti münaqişənin siyasi nizamlanmasına yönəltmək lazımdır”, - deyə o vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər