22 Sentyabr 2018 10:59
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Əhvaz əyalətində hərbi paradda vermiş terror nəticəsində 7 hərbiçi ölüb, 2 terroçu isə zərərsizləşdirilib.

Buna baxmayaraq, hadisə ilə bağlı İran rəsmiləri hələlik heç bir açıqlama verməyiblər.

İran-İraq müharibəsinin başlanmasının 8-ci ildönümü münasibətilə hər il keçirilən keçirilən və “Müqəddəs müdafiə həftəsi” adlanan tədbirlərin ilk günündə belə bir terror aktının törədilməsi ölkədə həyəcan yaradıb deyə İranın yerli mətbuat orqanları xəbər verir.

***

10:17

İranda terror hadisəsi baş verib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, İranın Əhvaz əyalətində terror hadisəsi qeyd alınıb.

Əsgərlərin paradı zamanı partlayış olub. Xeyli sayda ölən və yaralananların olduğu xəbər verilir.

Onların sayı hələlik dəqiqləşdirilməyib.


Müəllif: Mirvari Əzizova