Rusiya ABŞ-ın Ayətrafı stansiya layihəsində iştirak etməyəcək.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbəribnə görə, bu bəyanatla "Roskosmos"un rəhbəri Dmitri Roqozin çıxış edib.
"Rusiya indki halda bu layihədə ikinci olmağı özünə rəva görə bilməz. Biz öz nəqliyyat sistemimizi yaradacaq", - Roqozin deyib.
O, həmçinin Ayda elmi stansiyanın BRICS ölkələri ilə birgə yaradılmasının mümkün olduğunu da bildirib.
Roqozin Rusiyanın Rusiyanın Ayla bağlı proqramının 2021-ci ildən başlayacağını bildirib:
"Baykonurda bizim NASA rəhbərliyi ilə danışıqlarımız planlaşdırılır. Orada Beynəlxalq Kosmik Stansiyanın gələcəyi və digər layihələr müzakirə ediləcək".