23 Sentyabr 2018 17:26
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın İraklion şəhərində yerləşən Krit Universitetində yanğın baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerinə çox sayda yanğınsöndürən maşın, eləcə də helikopter cəlb olunub. Yanğının tüstüsünün şəhərin hər yerindən göründüyü qeyd edilib. İlkin məlumatda xəsarət alanların olmadığı bildirilir.

Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır.


Müəllif: Kəmalə