Hollandiyanın Türkiyəyə yeni təyin edilmiş səfiri artıq Ankaradadır.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, səfir Maryanne de Kvasteniet axşam saatlarında Ankara hava limanında görüntülənib.
Jurnalistlərin suallarını cavablandıran diplomat “Türkiyə -Hollandiya münasibətlərinin inkişafında mühim rol oynamağı arzu edirəm” fikrini səsləndirib.
Türkiyə tərəfi də öz növbəsində səfirini Hollandiyaya yola salıb. Şaban Dişli artıq Amsterdamdadır.
Xatırladaq ki, Türkiyə və Hollandiya arasında diplomatik böhran bu ilin fevralında Türkiyənin Ailə və Sosial İşlər üzrə nazirinin ölkəyə buraxılmamasından sonra başlamış və sonralar daha böyük vüsət almışdı.