“Son dövrlərdə yaşadığımız böhran deyil”
Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk-Amerikan Ticarət Şurasının 9-cu yığıncağında çıxışı zamanı deyib:
“Son dövrdə valyuta quruluşunda yaşadıqlarımız böhran deyil, manupuliyasiya və fərziyyə olaraq qəbul edilməlidir. Valyuta itkimizi yerli pullardan istifadə etməklə sıfıra yaxın aşağı endirəcəyik. Türkiyə 2009-cu ildə Amerikada başlayan ümumdünya maliyyə və Avropadan qaynaqlanan borc böhranını uğurla keçmiş bir ölkədir ”
Açıqlamasında “FETÖ” terror qruplaşmasının, özəlliklə də Fəthullah Gülənin ABŞ hökuməti tərəfindən qorunması məsələsinə toxunan dövlət başçısı ABŞ-la ciddi bir məsafə qət etməli olduqlarını deyib.
Suriyadan 3,5 milyon mühacirin qəbul edildiyini deyən Ərdoğan Şimali Suriyada olan terror qruplaşmaları ilə tək başına mübarizə apardıqlarını vurğulayıb:
“Hal hazırda Suriyanın şimalına ABŞ-dan gələn silah, bomba və təchizatın ümumi miqdarının nə qədər olduğunu bilirsiniz? 18 mindən çox yük maşını buraya gəlir. 3 minə yaxın silah-sursat yük daşıma təyyarələri ilə buraya gəlir. Bəs kimlərə gəlir? PYD-YPG. Suriyada 22 hərbi bazamız var. Bəs bunlar kim üçün və kimə qarşı vuruşurlar? Buradakı terror dəhlizlərini kimə nəzarət edir? Türkiyə nəzarət edir. Rusiya deyil, İran deyil. Bunları deyəndə bizə müəmmalı baxırlar. Amma demək məcburiyyətindəyik”