21 Avqust 2014 11:36
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail HƏMAS-ın hərbi qanadı olan İzzəddin Qassamın üç yüksək rütbəli zabitini - Məhəmməd Berhum, Məhəmməd Ebu Şemale və Raid Attarı eyni vaxta öldürüb.

Teleqraf.com xəbər verir ki, onlar İsrailin Refah bölgəsinə endirdiyi hava zərbələri nəticəsində öldürülüb. Atılan raket üç zabitin olduğu evə düşüb.

HƏMAS faktı təsdiqləyib.

İsrail Qassam Tuqaylarının əsas komandirlərindən olan Məhəmməd Deyfi aradan götürmək üçün onun evini bombalayıb. Deyf sağ qalsa da, xanımı və uşaqları canlarını tapşırıb.

Son üç gündə İsrail 31 fələstinlini qətlə yetirib. Onların arasında uşqalar da var.


Müəllif:

Oxşar xəbərlər