29 Sentyabr 2018 18:22
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprel və may aylarında Rusiyada Ermənistanın indiki Baş naziri Nikol Paşinyanı heç kəs tanımırdı. Həmin vaxt Moskvaya tez-tez o sual verilirdi ki, Paşinyan kimdir?

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Aleksandr Markarov deyib.

Markarov hakimiyyətə gələnədək Paşinyanın Moskvada tanınmadığını bildirib: “Ermənistanda hakimiyyət dəyişikliyi baş verəndən sonra Rusiya və Ermənistan başçıları bir-birlərini tanımağa başladılar. İndi də əsas problem budur ki, tərəflər bir-birlərinə münasibətdə qarşılıqlı anlayış içindədirlər, yoxsa yox? Lakin siyasi vektorun dəyişməz olaraq qaldığı başa düşülsə, hansısa siyasi dəyişiklik də olmayacaq.

İndi sadəcə tərəflər arasında Ermənistanın xarici siyasət məsələsində anlaşılmazlıq olduğu məlumdur, lakin bu istiqamətdə də hansısa dəyişikliyin olduğunu düşünmürəm. Hesab edirəm ki, hakimiyyət dəyişikliyi baş verən Ermənistan xarici siyasətini dəyişməyib”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər