2 Oktyabr 2018 16:21
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan xüsusi təyinatlı dəstələri “Hizbüt-Təhrir əl-İslam” silahlılarını ələ keçiriblər.

Teleqraf.com xəbər verir ki, İssık-Kul əyalətində xüsusi əməliyyat zamanı Karakol şəhəri yaxınlığında dini ekstremist qruplaşmanın fəal üzvləri zərərsizləşdirilib.

Əfqanıstandan ölkə ərazisinə daxil olan ekstremist dini qüvvələr burada sayları artdıqca dini “xilafət” qurublar. Yaxalanan şəxslərin gizləndikəri bazada xeyli partlayıcı və silah müsadirə edilib.

Qırğızıstanda son dövrdə radikal islamçıların sayında xeyli artım hiss olunub. Bu, ölkə rəhbərliyində ciddi narahatlıq yaradıb və 1 həftə öncə Qırğızıstanda keçirilən MDB təhlükəsizlik orqanları rəhbərlərinin görüşündə baş nazirin birinci müavini bu məsələni iclas iştirakçılarının diqqətinə çatdırıb.

Bundan sonra Mərkəzi Asiyada yaranacaq terror təhlükəsinə qarşı üzv ölkələr birlikdə hərəkət etməyə başlayıblar.

“Hizbüt-Təhrir əl-İslam” Qırğızıstanda radikal islam ideologiyasının ən əsas təbliğatçılarından hesab olunur və siyahıda zərərsizləşdirilməli olan ən əsas qruplaşma kimi birinci sıradadır.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər