4 Oktyabr 2018 14:20
2 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün həyatını “İncil”in öyrənilməsinə həsr edən ilahiyyatçı Kenton Beşor (Kenton Beshore) ölümündən əvvəl dünyanın sonunun baş verəcəyi tarixi açıqlayıb.

Teleqraf.com xəbər verir ki, xristian keşiş “İncil”dəki bütün gizli faktları açaraq dünyanın sonunun 1-ci mərhələsinin 2021-ci ildə başlayacağını deyib.

2016-cı ildə dünyasını dəyişən Dünya Bibliya Cəmiyyətinin sədri apokalipsisin 2021-ci ildə başlayacağı və 2028-ci ilə qədər davam edəcəyi qənaətinə gəlib. O bu faktı iki dünya müharibəsi və İsrailin yaranması barədə “İncil”dəki məlumatları aşkarladıqdan sonra qeyd edib.

Onun fikirincə, dünyanın sonunu bildirən 15 əlamət var ki, bunlardan 7-si artıq baş verib. Beşorun sözlərinə inansaq, dünyanın dağılmasının əsası İran-İsrail müharibəsinin başlanması ilə qoyulacaq.

Daha sonra müharibəyə Rusiya və ABŞ da qoşulacaq, bununla da dünya silahların hər şeyi həll etdiyi bir məkana çeviriləcək.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər