ABŞ-ın sabiq prezidenti Bill Klinton Amerika gündəmini zəbt edib.
Teleqraf.com xəbər verir ki, məşhur pop ulduzu Aret Franklinlə vida mərasimində iştirak edən sabiq prezident Hollivud ulduzu Ariana Grandenin çıxışı zamanı göstərdiyi reaksiyalarla diqqət mərkəzinə düşüb.
Canlı yayım zamanı Ariana Grandenin qısa paltarı sabiq Ağ Ev rəhbərində vida mərasimi zamanı qeyri-adi reaksiyalar doğurub. Məşhur ifaçının etdiyi hərəkətlər Bill Kintonun o qədər xoşuna gəlib ki, hətta dodaqlarını dişləməkdən də çəkinməyib.
Ariana Grandedən sonra səhnəyə çıxan opera müğənnisinin çıxışı zamanı isə Bill Klinton üzünü turşudaraq oturub.