Ermənistanın Müdafiə naziri David Tonoyan və Baş Qərargah rəisi Artak Davityan Qarabağa yollanıblar.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistna MN-nin mətbuat xidmətinin rəhbəri Artsun Ovanisyan məlumat yayıb.
O qeyd edib ki, onlar buradakı ordu komandanlığı ilə görüşüb, hazırkı vaziyyəti müzakirə ediblər.
Tonoyan Qarabağ münaqişəsi ilə bağlı açıqlamasında qeyd edib ki, rəhbərlik münaqişənin sülh yolu ilə nizamlanmasının tərəfdarıdır. O, Paşinyanın sabitliyin qorunub saxlanılması barədə əmrini yerli ordu nümayəndələrinə çatdırıb.