Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin Ermənistana iki günlük səfəri başlayıb.
Onun prezident Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşləri nəzərdə tutulur.
Görüşlərdə siyasi və iqtisadi məsələlər müzakirə olunacaq.
Danışıqlarda həmçinin rəsmi İrəvan Gürcüstanın sentyabrın 1-dən Ermənistan vətəndaşları üçün viza rejimi tətbiq etmək niyyəti ilə bağlı məsələni də müzakirəyə çıxaracaq.
Qeyd edək ki, artıq İ. Qaribaşvili İrəvanda uydurma “erməni soqırımı” abidəsini ziyarət edib.
/APA/