10 Oktyabr 2018 23:28
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Beynəlxalq Gigiyena Təhlükəsizliyi Təşkilatı (Anses) insanların sağlamlığının qorunması və xərçəng xəstəliyi ilə mübarizə çərçivəsində ölkədə solyari mərkəzlərinin bağlanması və süni aparatların satışının qadağan olunmasını təklif edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, təşkilatın bu çağırışından sonra bu mövzu Fransada geniş müzakirələrə səbəb olub.

Buna bənzər bir çağırış 2014-cü ildə də gündəmə gəlmişdi. O vaxt Fransa Senatı solyari mərkəzlərinin bağlanması ilə bağlı təklifə razılıq versə də sonradan bu qərar dəyişdirilmişdi.


Müəllif: Leyla

Oxşar xəbərlər