Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərinə diqqətlə yanaşmalıyıq.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, seçkilərə namizəd kimi qatılmış şəxslərdən heç biri Gürcüstanda yaşayan azərbaycanlılarla görüşməyib:
“Həmin namizədlər Cavaxetiyaya gedərək ermənilərlə görüşürlər. Hətta iş o yerə çatıb kı, gürcü namizəd türklərə - azərbaycanlılara pasport verilməsini səhv addım adlandıraraq prezident seçiləcəyi təqdirdə özünə erməni müavin götürəcəyinə söz verir.
2 ay bundan əvvəl bir qrup gürcü gənc Tiflisdəki erməni səfirliyinin qarşısında piket keçirmişdilər. Bunun video-görüntülərini yayımladım. Məlum oldu ki, gürcü gəncləri arasında ermənilərə nifrət get-gedə çoxalmaqdadır. Bunun dəfələrlə real şahidi olmuşam. Lakin bununla heç kəs maraqlanmadı”.