13 Oktyabr 2018 21:18
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi Livanın “Hizbullah” silahlı təşkilatına sanksiyaları nəzərdə tutan qanun layihəsini təsdiq edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə qanun layihəsinin müəllifi, Konqresin komitə rəhbəri Mayk Krapo açıqlama verib.

Konqresmen layihənin “Hizbullah”la yanaşı, bu silahlı qruplaşma ilə əməkdaşlıq edən ölkələrə də şamil ediləcəyini söyləyib:

“Hizbullah”a qarşı sanksiyalar sərtləşdiriləcək. Bu təşkilata kömək edən xarici ölkələr, qurumlar və şəxslər hədəfə alınacaq”.

Qanunun qüvvəyə minməsi üçün ABŞ Prezidenti Donald Tramp onu imzalamalıdır.

“Hizbullah”ın əsas tərəfdaşlarından biri İrandır.


Müəllif: Mənsur Rəğbətoğlu