İndoneziyanın qərbində xilasedicilər daşqınlar nəticəsində itkin düşən 17 məktəblini xilas ediblər.
Teleqraf.com xəbər verir ki, şagirdlərdən 7-si müxtəlif dərəcəli xəsarət alıblar və onlara hazırda tibbi yardım göstərilir.
Qərbi Sumatra və Şimali Sumatra əyalətlərində baş verən gözlənilməz daşqın və torpaq sürüşməsi çoxlu sayda insanın həlak olmasına səbəb olub. Burada oktyabrın 11-dən davam edən leysan yağışlar nəticəsində 48 ev dağılıb. Onlarla insan palçığın altında qalıb. Həlak olanların sayının artacağı güman olunur.