17 Oktyabr 2018 01:35
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstefam formal xarakter daşısa da, bu, həqiqətən emosional andır. Çünki biz bununla inqilabın növbəti mərhələsinə yekun vururuq və yeni mərhələyə keçirik.

Teleqraf.com erməni mətbuatına istinadla xəbər verir ki, bu sözləri istefa vermiş Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, istefası məsuliyyətdən qaçmağa çalışdığını göstərmir: "Əksinə məxməri, xalq inqilabını sona çatdırmaq, növbədənkənar seçkiləri keçirmək və xalqa hakimiyyətini qaytarmaq niyyətindəyik".

Nikol Paşinan bütün siyasi qüvvələrə seçkilərdə uğurlar diləyib.

Qeyd edək ki, dekabrın 10-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Nikol Paşinyana müxalif olanlar onun istefası qarşılığında dekabrda seçkilərin keçiriləcəyinə razılıq verəcəklərini bildiriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər