Səudiyyə Ərəbistanının Türkiyədəki (İstanbul) baş konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçı ilə bağlı yeni fakt üzə çıxıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-da nəşr olunan “Nyu-York Tayms” qəzeti konsulluqda şaqqalanaraq qətlə yetirilən jurnalistin anlaşılmazlığın qurbanına çevrildiyini iddia edib.
Qəzet yazır:
“Səudiyyə Ərəbistanı səlahiyyətliləri jurnalist Camal Qaşıqçının öldürülməsinə görə, kəşfiyyatçı Əhməd Əsirini ittiham edib. Məlumata görə, Səudiyyə taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman kəşfiyyatçıya Camal Qaşıqçını ələ keçirmək və Ər-Riyada gətirmək göstərişini verib.
Lakin general şahzadənin təlimatını səhv başa düşüb. Bu səhvə görə də jurnalisti şaqqalayaraq qətlə yetiriblər”.
Qəzetə görə, bu versiya ABŞ-a şahzadəni xilas etməyə imkan yaradacaq.