Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov federasiya başçısı Vladimir Putinin digər ölkələrin siyasi liderləri ilə şəxsi əlaqələrindən danışıb.
Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib:
“Dövlət başçıları arasında əlaqələrin nə qədər sıx olduğunu bilmirəm, bunun dərəcəsini ölçmək çətindir. Lakin deyə bilərəm ki, prezident heç kəsi öz milli maraqlarından imtina etməyə məcbur etmir.
Məsələn, Putin və keçmiş Almaniya kansleri Cerard Şröder arasında şəxsi dostluq əlaqələri vardı. Lakin Şröder kansler seçildikdən sonra onlar birmənalı şəkildə öz ölkələrinin milli maraqlarından çıxış edirdilər”.
Peskov Putinin ABŞ Prezidenti Donald Trampla əlaqələrindən də danışıb:
“Hələlik Putin və Tramp arasında xüsusi əlaqələnin qurulması mümkün deyil. İlk baxışda, isti münasibətin, kimyəvi bir bağlantının olduğu görünə bilər, amma belə bir istilik varsa da, Tramp və Putin bunu hiss etmir”.