26 Oktyabr 2018 11:21
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krasnodar diyarında baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, daha bir nəfər itkin düşmüş sayılır.

Teleqraf.com xəbər verir ki, bunu Krasnodar diyarı administrasiyasından bildiriblər.

Qeyd olunub ki, həlak olanlardan 4-ü Abşeron, 2-si Tuapse rayonundandır. İtkin düşmüş şəxs də Tuapsedəndir.

Hazırda sözügedən rayonlara fövqəladə vəziyyət rejimi hökm sürməkdədir. Hadisə yerinə Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev də gəlib.


Müəllif: Səxavət

Oxşar xəbərlər