İndoneziya sahillərində qəzaya uğramış “Boeing 737” təyyarəsinin sərnişininin ölümündən bir neçə dəqiqə əvvəl həyat yoldaşına selfi göndərdiyi məlum olub.
Teleqraf.com xəbər verir ki, reysi gözləyən Deril Fida Febrianto təyyarədəki fotosunu həyat yoldaşına göndərəndən 13 dəqiqə sonra layner radardan itib.
Deril Fida Febriantonun həyat yoldaşı Lutfiana Eka Putr qəza xəbərini televiziyadan eşitdiyini, biletdəki nömrə ilə reysi tutuşduraraq ərinin həlak olduğunu öyrənib.
Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Göyərtədəki 181 sərnişin, iki pilot və 6 ekipaj üzvündən sağ qalan olmayıb.