Sabah Minskdə Avrasiya İqtisadi Birliyinin dövlət başçıları səviyyəsində ali toplantısı olacaq.
Teleqraf.com xəbər verir ki, erməni mətbuatının yaydığı məlumatda iclasın Belarus prezidenti Aleksandr Lukaşenkonun sədrliyi ilə keçəcəyi bildirilir. Toplantıda qurumla bağlı layihənin gerçəkləşməsinin gedişi, həmçinin, Ermənistanın Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə üzvlüyü məsələsi müzakirə ediləcək.
Məlumatda Lukaşenkonun Rusiya prezidenti Putin və Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevlə ikitərəfli görüşlərinin nəzərdə tutulduğu da bildirilir.
qeyd edək ki, Qazaxıstanla Belarus Ermənistanın Gömrük İttifaqına üzvlüyü məsələsində Dağlıq Qarabağla bağlı bəzi aydınlaşmaların edilməsinə ehtiyac olduğunu bəyan edib. /musavat/