Çinin Xınan vilayətində izolyasiya məhsulları istehsal edən zavodda baş verən yanğında 8 nəfər ölüb, bir nəfər yaralanıb.
Teleqraf.com xəbər verir ki, hadisə noyabrın 3-də səhər saatlarında Lankao qəsəbəsində baş verib. Bildirilir ki, qəzaya səbəb propan qazı sızıntısının partlayışla nəticələnməsi olub.
Hazırda təhqiqat aparılır.