Rusiya hərbi təyyarəsi 25 dəqiqə boyunca ABŞ ordusuna aid kəşfiyyat təyyarəsini Qara dəniz üzərində izləyib və faktiki onun qarşısını kəsərək geri çəkilməsinə nail olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqon açıqlama yayıb.
Pentaqonun sözçüsü Erik Pahon rus qırıcısının ABŞ təyyarəsinə çox yaxınlaşdığını xatırladaraq bunu təhlükəli manevr adlandırıb.
Rusiya Müdafiə Nazirliyi isə bildirib ki, Rusiya sərhədlərinə doğru uçan mənşəyi bəlli olmayan hədəfin müəyyən edilməsindən sonra havaya qırıcı təyyarə qaldırılıb: “Qısa müddət sonra mənşəyi bəlli olmayan hədəfin ABŞ ordusuna aid kəşfiyyat təyyarəsi olduğu müəyyən edilib. Su-27 ovçu təyyarəsi manevrlər edərək ABŞ təyyarəsinin qarşısı alıb”.
ABŞ Donanması isə bəyan edib ki, noyabr 5-də Qara dəniz üzərində beynəlxalq hava sahəsində uçan ABŞ-a aid EP-3 təyyarəsinə rus Su-27 təyyarəsi yaxınlaşıb.