Rep ifaçısı Viz Xəlifənin (Wiz Khalifa) Kaliforniya konsertində silahlı insident yaşanıb.
Konsertdə iştirak edən 38 yaşlı kişi naməlum şəxsin açdığı atəşdən vəfat edib. "Shoreline" amfiteatrda keçirilən gecədə dünyasını dəyişən şəxs bir neçə dəfə atəşə tutulub. Xəstəxanaya çatdırılsa da həkimlərin səylərinə baxmayaraq həyatını itirib.
Polis əməkdaşları atəş açan şəxsi saxlaya bilməyiblər. Hakimlər hadisə baş verən ərazidə lentə alınan bütün nəzarət kameralarını gözdən keçirəcəklər. Hüquq-mühafizə orqanları ehtimal edirlər ki, cinayətkar səs boğucu silahdan istifadə edib.
Viz Xəlifə (Wiz Khalifa) hadisə barədə şəxsi tvitter hesabında fikirlərini bölüşüb: "Bu mənasız faciədir. Heç vaxt zorakılıqla cavab vermək olmaz. Mən vəfat etmiş şəxsin ailəsi ilə birlikdə dua edirəm".
Qeyd edək ki, adıçəkilən rep ifaçısı daha çox "Black and Yellow" və "Roll Up-un" hitləri ilə tanınır./anspress/