Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi çərçivəsində 11-13 noyabr tarixlərində 1-ci Paris Sülh Forumu keçiriləcək.
Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Forumda iştirak etmək üçün Parisə gəlib.
98 xarici nümayəndə heyəti və 72 dövlət və hökumət rəhbəri Birinci Dünya müharibəsi qələbəsinin 100 illiyi münasibəti ilə təşkil olunan anım tədbirinə və Sülh Forumuna qatılacaq.
Paris Sülh Forumu təşəbbüsünü Fransa Prezidenti Emmanuel Makron irəli sürüb.