10 Noyabr 2018 21:07
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın “Which” İstehlakçılar Assosiasiyası turistlər üçün ən təhlükəsiz ölkələrin reytinqini dərc edib.

Teleqraf.com xəbər verir ki, ekspertlər dörd göstərici üzrə 20 ən populyar turizm istiqamətini təhlil ediblər. Bunlar sağlamlıq üçün təhlükə, cinayətkarlığın səviyyəsi, təbii fəlakətlər və terror ehtimalıdır.

Nəticədə turistlər üçün ən təhlükəsiz ölkənin İslandiya olduğu məlum olub. İlk üçlüyə həmçinin, Birləşmiş Ərəb Əmirlikləri və Sinqapur da daxildir.

Səyahət üçün ən əlverişsiz ölkələrin Türkiyə, Cənubi Afrika və Tailand olduğu bildirilib.

Ekspertlər bu ölkələrdə ağır xəstəliklərə yoluxma riskinin və cinayətkarlığın səviyyəsinin yüksək olduğunu qeyd ediblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər