12 Noyabr 2018 11:00
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Nazir Binyamin Netanyahu Fransa səfərini yarımçıq kəsərək təcili İsrailə qayıdıb.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin Nazirlər Kabineti açıqlama yayıb.

Açıqlamada səbəb ölkənin cənubunda – Qəzzada baş verən hadisələr göstərilib.

Bu gün saat 10:00-da Fransa Prezidenti Emmanuel Makron Netanyahunu qəbul edəcəyini açıqlamışdı.

İsrail baş naziri I Dünya Müharibəsinin başa çatması və sülh müqaviləsi imzalanmasının 100-cü il dönümü tədbirlərində iştirak məqsədilə Parisə getmişdi.

Başa vurduğumuz son iki gün ərzində isə Qəzza zolağında baş verən qarşıdurmada 6 fələstinli öldürülüb, 7 fələstinli yaralanıb.


Müəllif: Cavad

Oxşar xəbərlər