13 Noyabr 2018 18:19
1 851
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lobbi fəaliyyətləri həyata keçirən Kevin (Kamal) Öksüzün Ermənistanda saxlanılmasından sonra Ankaraya ekstradisiya tələbini irəli sürən Türkiyə rəsmi İrəvandan rədd cavabı alıb.

Teleqraf.com xəbər verir ki, Ermənistan Baş Prokurorluğunu mətbuat katibi Arevik Xaçatryan Öksüzün ABŞ-a təslim edilməsi qərarı verildikdən sonra Türkiyənin belə bir tələblə çıxış etdiyini açıqlayıb.

Xaçatryan qeyd edib ki, Türkiyədən Ermənistan Baş Prokurorluğuna türk əsilli lobbist Kevin (Kamal) Öksüzün Ankaraya ekstradisiya edilməsi ilə bağlı tələb daxil olduğunu bildirib.

Qeyd edək ki, İnterpol tərəfindən axtarılan Öksüz avqust ayında Ermənistanda saxlanılmışdı. O, ABŞ Konqresinin Nümayəndələr Palatasına saxta sənəd təqdim etməkdə ittiham olunur.

Kamal Öksüz ABŞ vətəndaşlığı aldıqdan sonra adını Kevin Öksüz olaraq dəyişdirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər