Pentaqon Türkiyəyə 100 ədəd F-35 hərbi təyyarəsinin satılmasına qarşı maneəni aradan qaldıran ciddi addım atıb.
Teleqraf.com “Röyter”ə istinadla bildirir ki, ABŞ Müdafiə Nazirliyi F-35-lərin Türkiyəyə təhvil verilməsi üçün müvafiq hesabatı Konqresə təqdim edib.
F-35-lərin Türkiyəyə göndərilməsi bu hesabatın Konqresə təqdim edilməsinə qədər təxirə salınmışdı.
Bu səbəbdən hesabatın Konqresə təqdim olunması qırıcıların satışına “yaşıl işıq” kimi qiymətləndirilir.