Fransada səfərdə olan Qarabağ separatçıların başçısı Bako Saakyan Erməni Həmkarlar İttifaqları Koordinasiya Şurasının həmsədrləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş paytaxt Parisdə baş tutub.
Görüşdə separatçılarla Fransa hökuməti arasındakı münasibətlər və Ermənistan-Azərbaycan münaqişəsi müzakirə edilib.
Saakyan Koordinasiya Şurasına Qarabağ separatçılarına yardım etdiyinə görə təşəkkür edib.
Görüşdə Ermənistanın Fransadakı Asmik Tolmacyan da iştirak edib.