18 Noyabr 2018 01:45
916
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniya polisi Buxarestdə üç mənzildə 15 min miqrantın qeydiyyatdan keçdiyini müəyyənləşdirib. İstintaq nəticəsində məlum olub ki, iki cinayət qrup rumın vətəndaşlığını qısa zamanda almaq üçün xarici vətəndaşları, xüsusilə Moldova vətəndaşlarını yalançı ünvanlarda qeydiyyata salıb.

Bunun müqabilində hər xarici vətəndaşdan 200 avroya yaxın vəsait alınıb. Buxarest Polis İdarəsinin apardığı əməliyyat nəticəsində 9 nəfər saxlanılıb.

Qeyd edək ki, Rumıniya qanunlarına görə, xarici vətəndaş daxili sənədi, o cümlədən sürücülük vəsiqəsini və ya Rumıniya vətəndaşlığını almaq üçün yaşadığı yerdə qeydiyyatdan keçməlidir.


Müəllif: Mənbə/Azərtac

Oxşar xəbərlər