25 Avqust 2014 13:56
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu dəfə başdan aşağı buzlu su yox, qum tökdülər.

Teleqraf.com Türkiyə KİV-nə istinadən xəbər verir ki, iordaniyalı bir gənc ALS xəstəliyinə dəstək olmaq üçün başdan aşağı buzlu su tökənlərdən fərqli addım atıb - başına qum töküb. Gəncin məqsədi də fərqli olub - o, bu addımını fələstinli uşaqlara dəstək vermək üçün atıb.

Həmin gənc bildirib ki, Qəzzadakı uşaqları anlamaq üçün heç bir addım atılmayıb. O, başından aşağı qum tökərək İsrailin bombaladığı Qəzzada yaşayan uşaqların evlərinin başlarına yıxılmasına diqqət çəkib.

İordaniyalı gənc başına qum tökərkən, ərəb dünyasının məşhur simaları Rəcai əl Kəvvas və Əhməd əl-Xalidiyə meydan oxuyub.

Fidan Səfərli


Müəllif:

Oxşar xəbərlər