Noyabrın 19-da “Nissan” avtomobilqayırma şirkətinin direktorlar şurasının sədri Karlos Qon könüllü şəkildə Tokio prokurorluğuna gəlib və burada həbs olunub.
Teleqraf.com-un məlumatına görə, “Nissan Motor Co.” şirkətinin mətbuat üçün yaydığı məlumatda qeyd edilir ki, K.Qon şəxsi gəliri haqda məlumatları uzun müddət aşağı göstərib. Şirkətdən, həmçinin bildiriblər ki, K.Qonun və direktor Qreq Kellinin işdən azad ediləcəkləri gözlənilir. Q.Kellinin gəlirlər barədə məlumatı azaltmaqda K.Qona kömək etdiyi bildirilir.
Karlos Qon və Qreq Kelli beş il ərzində təxminən 446,4 milyon dollar haqqında informasiyanı gizlədiblər.