22 Noyabr 2018 14:15
404
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında baş verən yanğında ölənlərin sayı 86 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Olay vaxtı itkin düşənlərin sayı isə 536 nəfərdir. Ştat rəhbərliyinin bundan əvvəlki açıqlamasında itkin düşənlərin 1000 nəfərdən çox olduğu bildirilmişdi.

Şimali Kaliforniyada baş verən yanğın 500 hektar ərazini əhatə edir. Hadisə vaxtı 12 mindən çox yaşayış binası yanıb. Dəhşətli yanğına görə bölgədə fövqaladə vəziyyət elan edilib.

Noyabrın 8-də başlayan yanğının qarşısını almaq hələ ki mümkün olmayıb.

ABŞ Prezidenti Donald Tramp zərəri ödəmək üçün federal büdcədən maddi vəsait ayrılması göstərişini verib.


Müəllif: Mənsur Rəğbətoğlu